Tramp: İran uzunmüddətli silah yoxlamalarını qəbul edəcək



ABŞ Prezidenti Donald Tramp Tehran rəhbərliyinin uzun müddət ərzində genişmiqyaslı silah yoxlamalarını qəbul edəcəyini irəli sürüb.

AFN.az xəbər verir ki, Tramp sosial media hesabından İranla davam edən müzakirələrdə yer alan nüvə silahının hazırlanması məsələsinə dair açıqlama verib.

ABŞ Prezidenti paylaşımında hamının gələcəkdə uzun müddət ərzində İranın nüvə dürüstlüyünü təmin etmək məqsədilə hərtərəfli silah yoxlamalarını qəbul edəcəyinin fərqində olduğunu ifadə edib.

ABŞ və İran nümayəndə heyətləri arasında İsveçrənin Bürgenstok bölgəsindəki danışıqlar davam edərkən, daha əvvəl imzalanmış anlaşma memorandumundakı maddələrin təfərrüatlarının dəqiqləşdirilməsi gözlənilir.

İranla həftəsonu keçirilən müzakirələrdə kifayət qədər yaxşı irəliləyiş əldə etdiklərini bildirən ABŞ Vitse-prezidenti Cey Di Vens uğurlu yekun saziş üçün yaxşı bir təməl qoyduqlarını bəyan etmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu