Tramp: İran saziş bağlamaq istəyir
ABŞ Prezidenti Donald Tramp Omanda keçirilən İran müzakirələrindən sonra mövzu ilə bağlı qiymətləndirmələrini bölüşüb. Görüşün çox müsbət keçdiyini vurğulayan Tramp gələn həftə İran tərəfi ilə yenidən bir araya gələcəklərini bildirib.
ABŞ Prezidenti Donald Tramp prezident təyyarəsində jurnalistlərin Omanda İranla aparılan danışıqlara dair suallarını cavablandırıb. Görüşlərin olduqca səmərəli keçdiyini deyən Tramp İranın bir razılaşma əldə etmək niyyətində olduğunu qeyd edib.
Tramp mövzu ilə bağlı bu ifadələri işlədib:
"Nəticələr insanları təəccübləndirə bilər. Əgər İran bu gün təklif etdiklərini ilk görüşümüzdə irəli sürsəydi, bu, dərhal qəbul edilərdi."
İranın heç bir halda nüvə silahına sahib ola bilməyəcəyini vurğulayan Tramp qarşıdakı həftə İran tərəfi ilə növbəti görüşün keçiriləcəyini də açıqlayıb.
