Tramp: İranın nüvə sazişi təklifləri qəbuledilməzdir


İyunun 12-də ABŞ və İran arasında yeni danışıqlar raundu keçiriləcək, lakin ABŞ tərəfi hələlik Tehranın nüvə sazişi ilə bağlı təkliflərini qənaətbəxş hesab etmir.



AFN.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.



O, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib: “Cümə axşamı İranla görüşümüz planlaşdırılıb. Həmin günə qədər gözləyəcəyik. İran tərəfi elə bir şey istəyir ki, bu, mümkün deyil. Onlar imtina etməli olduqları məsələlərdən geri çəkilmək istəmirlər, uranı zənginləşdirməyə çalışırlar. Bu onlara icazə verilə bilməz”.



Tramp əlavə edib ki, İran hələ ABŞ-ın gözlədiyi mövqeyə çatmayıb: “Bunu demək istəmirəm, lakin alternativ seçim fəlakətli ola bilər. Onlar bizə razılaşma ilə bağlı təkliflərini təqdim etdilər. Mən isə bunun qəbuledilməz olduğunu bildirdim”, – deyə prezident vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu