Tramp: İranın nüvə obyektləri məhv edildi

ABŞ prezidenti Donald Tramp ABŞ-ın İranın nüvə obyektlərinə zərbələr endirməsini inanılmaz uğur hesab edir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, bunu Ağ Evdə jurnalistlərlə söhbətində İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ-a gözlənilən səfəri ilə bağlı sualları cavablandırarkən deyib.
"Biz çox şeylər haqqında danışacağıq. Məsələn, İrandakı böyük uğurumuz kimi. Biz heç kimin uzun illər ərzində əldə etmədiyi inanılmaz uğurlara nail olduq", - deyə Tramp bildirib.
O, Amerikanın bombardmanlarına məruz qalan İranın nüvə kompleksləri haqda danışarkən deyib: "İndi siz 'məhv' sözünü işlədə bilərsiniz. O məhv edildi".