Tramp: İran maliyyə baxımından çöküb



ABŞ Prezidenti Donald Tramp İranın maliyyə cəhətdən iflas etdiyini və gündəlik 500 milyon dollar itirdikləri üçün Hörmüz boğazının qapalı qalmasını istəmədiyini iddia edib.

AFN.az xəbər verir ki, Tramp öz sosial media hesabından etdiyi paylaşımda İranın iqtisadi tənəzzül dövrünü yaşadığını və Hörmüz boğazının dərhal açılmasının tərəfdarı olduğunu müdafiə edib.

İranın ciddi nağd pul qıtlığı çəkdiyini və dəniz yolunun qapalı olması səbəbindən hər gün 500 milyon dollar itirdiyini irəli sürən Tramp, ölkədə əsgər və polislərin maaşlarını ala bilmədikləri üçün şikayətləndiklərini qeyd edib.

Tramp digər bir paylaşımında isə iddia edib ki, İran əslində ABŞ-ın Hörmüz boğazındakı blokadası qarşısında nüfuzunu xilas etmək üçün buranın guya özü tərəfindən bağlandığı görüntüsünü yaratmağa çalışır. ABŞ Prezidenti həmçinin vurğulayıb ki, Hörmüz boğazını açacaqları təqdirdə belə İranla heç bir saziş əldə etməyəcəklər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu