Starmer və Tramp Hörmüz boğazı ilə bağlı vəziyyəti müzakirə ediblər



Böyük Britaniyanın Baş naziri Kir Starmer və ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının gəmiçilik üçün açılmasının əhəmiyyətini müzakirə ediblər.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Britaniya hökumət başçısının dəftərxanası tərəfindən liderlər arasındakı telefon danışığının yekunlarına dair yayılan kommünikedə bildirilir.

"Liderlər Yaxın Şərqdəki mövcud vəziyyəti və xüsusilə dünya gəmiçiliyinin bərpası üçün Hörmüz boğazının açılması zərurətini müzakirə ediblər. Tərəflər boğazın açılmasının qlobal enerji bazarında sabitliyin təmin edilməsi üçün həyati əhəmiyyət kəsb etdiyi barədə həmfikir olduqlarını bildiriblər", — deyə açıqlamada qeyd edilir.

Hörmüz boğazının bağlanmasından sonra münaqişə və tədarükdəki fasilələr fonunda Londonun "ICE" birjasında "Brent" markalı neftin may fyuçerslərinin qiyməti artıq 110 dolları ötüb. "Goldman Sachs" bankı isə tədarük problemlərinin uzanacağı təqdirdə neftin qiymətinin 2008-ci ildəki tarixi rekordu (təxminən 147 dollar) yeniləyə biləcəyini ehtimal edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu