ABŞ yenə İranın dondurulmuş aktivlərindən istifadə edəcəyi ilə hədələyib



ABŞ Prezidenti Donald Tramp Qərb ölkələrinin dondurduğu İran aktivlərindən Tehranın razılığı olmadan istifadə edilə biləcəyini bir daha bəyan edib.

AFN.az xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında bu vəsaitlərin Hörmüz boğazında zərər görmüş ticarət gəmilərinə dəyən ziyanın ödənilməsinə yönəldilə biləcəyini bildirib.

"Biz İranın nəzarətimizdə olan pullarından onun vurduğu zərərin əvəzini ödəmək üçün istifadə edəcəyik", – deyə ABŞ prezidenti vurğulayıb.

Xatırladaq ki, Tramp bu ideyanı ilk dəfə iyulun 23-də özünün Truth Social sosial şəbəkəsində də səsləndirmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu