Bakıda sərnişin təpiklə avtobusun şüşəsini sındırdı - VİDEO
Dünən Bakının Yasamal rayonunda sərnişin avtobusunda xuliqanlıq hadisəsi qeydə alınıb.
Hadisə 65 saylı marşrut xətti üzrə hərəkət edən, 99-JP-013 dövlət qeydiyyat nişanlı avtobusda baş verib. Naməlum şəxs avtobusun dayanacaqdan kənarda saxlanılmasını tələb edib. Sürücü nəqliyyat vasitəsini növbəti dayanacaqda saxlayacağını bildirsə də, həmin şəxs aqressiv davranışını davam etdirib.
O, əvvəlcə avtobusun salonunda quraşdırılmış Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsus elektron ödəniş avadanlığını zədələyib, daha sonra ön qapının şüşəsini təpiklə sındıraraq ərazidən uzaqlaşıb.
Hadisə avtobusun müşahidə kameraları tərəfindən qeydə alınıb.
Əməli törədən şəxsin kimliyi polis tərəfindən müəyyən edilib. Hazırda onun saxlanılması istiqamətində tədbirlər görülür.
Hadisə anının videogörüntülərini təqdim edirik:



