Bakıda sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var


Yasamal rayonu Məhəmməd Xiyabani küçesində “Kral-Transport” MMC-nin müvəqqəti istismarında olan 39 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb.


Bu barədə BNA-dan məlumat verilib.

Daşıyıcının verdiyi məlumata görə hadisə “Ətçilər bazarı” adlanan ərazidə baş verib. 99 JZ 710 DQN-li avtobus svetofordan keçən zaman qırmızı işıqdan keçən "Toyota Prius" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən heç kim xəsarət almayıb. Minik avtomobilinin sürücüsünün yüngül xəsarət aldığı bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu