Azərbaycan XİN Gürcüstana başsağlığı verdi


Azərbaycan Gürcüstana Tbilisidəki yaşayış binasında baş verən partlayışla bağlı başsağlığı verib.

AFN.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesablarında paylaşım edilib.

“Tbilisidə yaşayış binasında baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk.

Həyatını itirənlərin ailələrinə ən səmimi başsağlığımızı bildirir, düşüncələrimizin bu faciədən zərər çəkmiş hər kəslə olduğunu vurğulayırıq.

Xəsarət alanların tezliklə və tam sağalmalarını arzulayırıq”, - deyə paylaşımda qeyd edilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu