Yaponiyada 5,7 bal gücündə zəlzələ: iki nəfər yaralanıb
Yaponiyanın Kumamoto prefekturasında baş verən 5,7 bal gücündə zəlzələ nəticəsində iki nəfər xəsarət alıb.
AFN.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) açıqlamasına görə, yeraltı təkanlar Tsunaqi qəsəbəsindən 4 kilometr şimal-qərbdə qeydə alınıb.
Zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində yerləşib. Təkanların maqnitudası 5,7 olaraq açıqlanıb.
Kyodo agentliyinin məlumatına görə, zəlzələ nəticəsində iki nəfər yaralanıb.
Təbii fəlakət səbəbindən Minamata şəhərində və Kuma qəsəbəsində təxliyə qərarı verilib.
Həmçinin bəzi sürətli qatar reysləri dayandırılıb.
Qeyd edək ki, iyulun 28-də Kumamotoda baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində təxminən 40 nəfər həyatını itirmişdi.

