Əfqanıstanın şimalında 5 bal gücündə zəlzələ baş verib

Əfqanıstanın şimalındakı Bəlx vilayətində 5 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Xidməti (USGS) yerli vaxtla saat 15.50-də baş verən 5 bal gücündə zəlzələnin episentrinin vilayətin mərkəzi rayonu olan Məzari Şərifdən 19 kilometr cənub-qərbdə olduğunu açıqlayıb. Zəlzələ yerin 10 kilometr dərinliyində baş verib.
Zəlzələ Əfqanıstanın şimal əyalətlərində və qonşu ölkələr Özbəkistan və Türkmənistanda hiss olunub.
Ötən ilin oktyabrında Əfqanıstanın şimal-qərbindəki Herat vilayətində baş verən 5-6,5 bal gücündə zəlzələlər nəticəsində 2500 nəfərin həyatını itirdiyi açıqlanıb.