Si Cinpin ABŞ-ı Tayvan məsələsində ehtiyatlı davranmağa çağırıb


Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ-ı Tayvan məsələsində düzgün mövqe tutmağa və bu məsələnin iki ölkə arasındakı münasibətlərdə ciddi gərginliyə səbəb olmasına imkan verməməyə çağırıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Si Cinpin bu fikirləri ABŞ prezidenti Donald Trampla görüşündə səsləndirib. Onun sözlərini Çin Mərkəzi Televiziyası yayıb.

“ABŞ tərəfi Tayvan məsələsində düzgün davranmalı və Çin-ABŞ münasibətlərində ciddi fəsadların yaranmasından çəkinməlidir”, – deyə Çin lideri bildirib.

Görüş Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutub.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu