Rusiyanın Ukraynaya hücumlarında 6 nəfər ölüb, 80 nəfər yaralanıb



Rusiya ordusunun bu gün Ukraynanın bir sıra bölgələrinə endirdiyi hava zərbələri nəticəsində 6 mülki şəxs həyatını itirib, 80 nəfər yaralanıb. 

AFN.az xəbər verir ki, hücumlar Odessa, Zaporojye, Xarkov və Dnepropetrovsk vilayətlərində qeydə alınıb.

Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper sosial media hesabında yaydığı açıqlamada Rusiyanın Odessa şəhər mərkəzinə üç dəfə hava hücumu təşkil etdiyini bildirib.

Kiperin sözlərinə görə, ilkin məlumata əsasən, hücum nəticəsində azı 4 nəfər ölüb, 13 nəfər yaralanıb.

Ukrayna Milli Polisinin yazılı açıqlamasında isə Rusiya ordusunun Zaporojye vilayətində müxtəlif yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində 2 nəfərin həyatını itirdiyi, 49 nəfərin yaralandığı bildirilib.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin sosial media hesabında ölkənin müxtəlif bölgələrinə edilən hücumlarla bağlı əlavə məlumat verilib.

Bildirilib ki, Xarkov vilayətinin Zlatopol yaşayış məntəqəsində bazar ərazisi pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb və nəticədə 12 nəfər yaralanıb.

Paylaşımda Dnepropetrovsk vilayətinə endirilən zərbələr nəticəsində də 6 nəfərin yaralandığı qeyd olunub.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu