Ukrayna: PUA hücumları nəticəsində 5 nəfər ölüb, 29 nəfər yaralanıb
Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə qarşı həyata keçirdiyi hava hücumlarında 5 nəfərin öldüyü, 29 nəfərin isə yaralandığı bildirilib.
AFN.az xəbər verir ki, Ukrayna Ordusu Hərbi Hava Qüvvələri Komandanlığının yaydığı açıqlamaya görə, Rusiya ölkənin bir neçə istiqamətinə zərbələr endirib.
Hücumlar zamanı Rusiya ordusunun 286 ədəd "İtalmas", "Şahed" və "Gerbera" tipli zərbə PUA-larından istifadə etdiyi, Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən onlardan 260-nın zərərsizləşdirildiyi qeyd olunub. Sumı, Xarkov və Dnipropetrovsk vilayətlərində qeydə alınan hücumlar nəticəsində itkilər baş verib.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin (DSNS) məlumatına görə, Xarkovda 3, Sumı vilayətində isə ən azı 7 nəfər yaralanıb. Dnipropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleksandr Qandja isə Nikopol şəhərinə edilən PUA hücumu nəticəsində 5 nəfərin həyatını itirdiyini və 19 nəfərin yaralandığını bildirib.

