Ukrayna: Rusiya Kiyev və Xarkova hava hücumları etdi


Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyev və Xarkov şəhərlərinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücum həyata keçirdiyi bildirilib.

Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko sosial media hesabından verdiyi açıqlamada Rusiyanın şəhərə PUA-larla hücum etdiyini qeyd edib. Kliçko hücumlar nəticəsində Kiyevdəki bir uşaq bağçası və bəzi binaların zərər gördüyünü, mövcud məlumatlara görə iki nəfərin yaralandığını bildirib. Xarkov meri İqor Terexov da sosial media hesabı vasitəsilə verdiyi məlumatda Rusiyanın bu gecə və səhər saatlarında şəhərə raket zərbələri endirdiyini açıqlayıb.

Rusiya ordusu 2 "İskəndər-M" tipli balistik raket və 183 PUA ilə hücum edib

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı tərəfindən yayılan yazılı bəyanata əsasən, Rusiya Ukraynaya raket və PUA-lardan istifadə edərək hücum edib. Açıqlamada Rusiya ordusunun 2 ədəd "İskəndər-M" tipli balistik raket, həmçinin "Şahid", "Gerbera" və "İtalmas" tipli ümumilikdə 183 PUA ilə hücum etdiyi qeyd olunub.

Hava hücumundan müdafiə qüvvələri tərəfindən 156 PUA-nın zərərsizləşdirildiyi bildirilib. Məlumatda həmçinin iki raketin və digər PUA-ların ölkə daxilində 16 fərqli nöqtəyə düşdüyü vurğulanıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu