Bəhreyn İranın hava hücumlarına qarşı müdafiə sistemlərini işə salıb


Bəhreynin hava hücumundan müdafiə sistemləri İran tərəfindən həyata keçirildiyi bildirilən bir sıra hava hücumlarının qarşısını alıb.

AFN.az xəbər verir ki, bu barədə Bəhreyn ordusu məlumat yayıb.

Ordunun ABŞ-nin X sosial şəbəkəsindəki hesabında yayılan yazılı açıqlamada İranın Bəhreyni hədəf alan düşmən münasibətini və sistematik hücumlarını davam etdirdiyi bildirilib.

Açıqlamada Bəhreynin hava hücumundan müdafiə sistemlərinin İran tərəfindən həyata keçirilən bir sıra hücumlara qarşılıq verdiyi vurğulanıb.

Bəhreyn Daxili İşlər Nazirliyi qısa müddət əvvəl iki dəfə təhlükə xəbərdarlığı edərək əhalini sakitliyi qorumağa və ən yaxın təhlükəsiz yerə getməyə çağırıb.

Digər tərəfdən, Bəhreyn Daxili İşlər Nazirliyi paytaxt Manama yaxınlığındakı Vaqif bazarında çoxmərtəbəli binanın yanğın səbəbindən təxliyə edildiyini açıqlayıb.

Nazirliyin X-də yaydığı açıqlamada mülki müdafiə qruplarının ehtiyat tədbiri olaraq binanı boşaltdığı və orada baş verən yanğını nəzarət altına aldığı bildirilib.

Açıqlamada ilkin tibbi yardım qruplarının hadisə yerində lazımi müdaxilələri həyata keçirdiyi, yanğının başvermə səbəbinin müəyyənləşdirilməsi üçün araşdırmanın davam etdiyi qeyd olunub.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu