İran Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Bəhreyndəki bəzi nöqtələri hədəf aldı



Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt və Bəhreyn İrandan atılan raket və pilotsuz uçuş aparatlarının (PUA) qarşısının alındığını açıqlayıb.

AFN.az xəbər verir ki, BƏƏ Müdafiə Nazirliyi İranın 5 ballistik raket və 17 PUA atdığını, bunların hamısının hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini bəyan edib.

Açıqlamada həmçinin İranın hücumlarının başlanğıcından bəri ümumilikdə 357 ballistik raket, 15 qanadlı raket və 1806 PUA-nın zərərsizləşdirildiyi barədə məlumat paylaşılıb. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi isə İran mənşəli 35 PUA-nın ölkənin şərq bölgəsində havada vurularaq məhv edildiyini bildirib.

Küveyt ordusu da İrandan atılan raket və PUA-ların qarşısının alındığını təsdiqləsə də, onların dəqiq sayı barədə təfərrüat verməyib. Bununla belə, Küveyt Elektrik Enerjisi Nazirliyi vurulan raketlərin qalıqlarının düşməsi nəticəsində 7 elektrik xəttinin zədələnərək sıradan çıxdığını elan edib.

Bəhreyn Daxili İşlər Nazirliyi isə İranın hücumları çərçivəsində dünən səhər saatlarından etibarən 4 dəfə hava həyəcanı siqnalının çalındığını bildirərək əhalini sığınacaqlara getməyə çağırıb. Nazirlik həmçinin hücum nəticəsində bir şirkətin obyektində baş verən yanğının söndürüldüyünü qeyd edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu