BƏƏ Müdafiə Nazirliyi: İrandan gələn raket və PUA-ları vururuq
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin İran mənşəli raket və pilotsuz uçuş aparatı (PUA) hücumlarına qarşı mübarizə apardığını açıqlayıb.
AFN.az xəbər verir ki, nazirliyin yaydığı bəyanatda İrandan atılan ballistik raket və PUA-ların zərərsizləşdirilməsi prosesinin davam etdiyi qeyd olunub. Açıqlamada həmçinin bildirilib ki, ölkənin müxtəlif bölgələrində eşidilən partlayış səsləri hava hücumundan müdafiə sistemlərinin ballistik raketləri vurması, habelə qırıcı təyyarələrin PUA və qanadlı raketləri məhv etməsi nəticəsində yaranıb.
Müdafiə Nazirliyi əhalini rəsmi məlumatlara etibar etməyə və təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb. Hazırda hava məkanının qorunması üçün bütün texniki imkanların səfərbər edildiyi vurğulanıb.
