İran 19 gündə ərəb ölkələrinə 4192 hücum edib



İranın ABŞ və İsrailin hücumlarına cavab tədbirləri çərçivəsində fevralın 28-dən bəri əksəriyyəti Körfəz bölgəsində olmaqla 7 ərəb ölkəsindəki ABŞ bazalarına və strateji nöqtələrinə ən azı 4 min 192 raket və pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirdiyi bildirilir.

AFN.az xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatları, həmçinin Tehranın qisas addımları davam edərkən Körfəz ölkələrindəki bir çox mühüm obyekt hədəfə alınıb. İranın ən çox hədəf seçdiyi ölkə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub, ondan sonra müvafiq olaraq Küveyt, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı və İordaniya gəlir. Oman isə ən az hücuma məruz qalan ölkədir.

BƏƏ Müdafiə Nazirliyinin açıqlamasına görə, İranın birbaşa hücumları başlayandan bəri hava hücumundan müdafiə sistemləri 327 ballistik raket, 15 qanadlı raket və 1699 PUA-nı zərərsizləşdirib. Küveyt ordusu, Milli Qvardiya və rəsmi KUNA agentliyinin məlumatlarına əsasən, ölkə ən azı 260 raket və 542 PUA hücumuna məruz qalıb.

Bəhreyn Müdafiə Qüvvələri fevralın 28-dən bəri 132 raket və 234 PUA-nın qarşısının alındığını bəyan edib. Qətər Müdafiə Nazirliyi ölkə ərazisinə 203 raket və 87 PUA atıldığını bildirib. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin statistikasına görə, krallığa 38 raket və 435 PUA ilə hücum edilib. İordaniya ordusu ümumilikdə 204 raket və PUA-nın ölkə sərhədlərini hədəf aldığını, Omanın rəsmi ONA agentliyi isə İran tərəfindən bu ölkəyə 16 PUA hücumunun reallaşdırıldığını qeyd edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu