Qətər münaqişə başlayandan bəri İrandan ölkəyə 104 raket atıldığını açıqlayıb


İran silahlı münaqişənin başlanğıcından bəri Qətər istiqamətində 3 qanadlı və 101 ballistik raket atıb ki, onların da böyük hissəsi zərərsizləşdirilib.

AFN.az xəbər verir ki, bu barədə Qətər Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. QNA agentliyi tərəfindən dərc edilən açıqlamada bildirilir ki, İranın təcavüzü zamanı Qətərə qarşı 3 qanadlı raket, 101 ballistik raket və 39 pilotsuz uçuş aparatı (PUA) tətbiq edilib.

Qətər hərbi rəsmilərinin bildirdiyinə görə, bütün qanadlı raketlər, 98 ballistik raket və 24 PUA havada vurularaq məhv edilib. Bundan əlavə, Qətər hərbçiləri İrandan havaya qalxan iki ədəd "Su-24" qırıcı təyyarəsini də vurduqlarını bildirirlər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu