ABŞ Qırmızı dənizdə PUA, ballistik və qanadlı raketi vurduğunu açıqlayıb

ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığı (CENTCOM) Qırmızı dənizdə pilotsuz uçuş aparatı (PUA), ballistik və qanadlı raketi vurduğunu açıqlayıb.
CENTCOM X sosial media hesabında məsələ ilə bağlı yazı paylaşıb.
Müvafiq olaraq, Qırmızı dənizin cənubunda "Eisenhover" təyyarədaşıyan gəmisi və "USS Laboon" döyüş gəmisinin təyyarələri husilər tərəfindən atılan 12 tək istiqamətli PUA, 3 ballistik raket və iki qanadlı raketi vurub.
Təxminən 10 saat davam edən əməliyyat zamanı bölgədə gəmilərə ziyan dəyməyib və xəsarət alan olmayıb.