ABŞ Qırmızı dənizdə husilərə məxsus 4 gəmi əleyhinə raketi və 1 PUA-nı vurdu


ABŞ Yəməndə İranın dəstəklədiyi husilərə məxsus 4 gəmi əleyhinə raket və 1 pilotsuz uçuş aparatına qarşı özünümüdafiə hücumu həyata keçirdiyini açıqlayıb.



Məsələ ilə bağlı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) X sosial media platformasında açıqlama verilib.

Açıqlamada CENTCOM qüvvələrinin İranın dəstəklədiyi husilərin nəzarətində olan bölgələrdə 4 mobil gəmi əleyhinə qanadlı raket batareyası (ASCM) və 1 PUA-ya qarşı özünümüdafiə hücumları həyata keçirdiyi bildirilib.

Açıqlamada CENTCOM qüvvələrinin Yəməndə İranın dəstəklədiyi husilərin nəzarətində olan bölgədən Ədən körfəzinə atılan 3 PUA-nı vurduğu qeyd edilib və hücumların naviqasiya azadlığını qorumaq və həyata keçirmək məqsədi daşıdığı ifadə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu