ABŞ Yəməndə husilərə məxsus gəmi əleyhinə ballistik raketi hədəfə aldığını bildirib


ABŞ Yəməndə İranın dəstəklədiyi husilərin nəzarətində olan ərazilərdən atılan gəmi əleyhinə ballistik raketi və 4 pilotsuz uçuş aparatını (PUA) vurduğunu bildirib.


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dünən Husilərin nəzarətində olan bölgələrdən atılan gəmi əleyhinə ballistik raketlə bağlı X sosial media hesabından açıqlama verib.

Açıqlamada gəmi əleyhinə ballistik raketin vurulduğu, 4 İHA-nın da hədəfə alındığı bildirilib.

Açıqlamada bu fəaliyyətlərin naviqasiya azadlığının qorunması və beynəlxalq suların ABŞ, koalisiya və ticarət gəmiləri üçün daha təhlükəsiz olması üçün həyata keçirildiyi qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu