ABŞ Yəməndə husiləri növbəti dəfə hədəfə alıb
ABŞ Yəməndə İranın dəstəklədiyi husilərə məxsus 7 gəmi əleyhinə raketi, 3 pilotsuz uçuş aparatını (PUA) və 3 silah anbarını özünümüdafiə çərçivəsində məhv etdiyini bildirib.
Hücumlarla bağlı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) X sosial media platformasındakı hesabında açıqlama verilib.
Açıqlamada CENTCOM qüvvələrinin husilərin nəzarətində olan ərazilərə özünümüdafiə çərçivəsində müdaxilə edərək 7 gəmi əleyhinə raket, 3 İHA və 3 silah saxlama konteynerini məhv etdiyi bildirilib. Qeyd edilib ki, bu silahlar bölgədəki ticarət gəmiləri və ABŞ Hərbi Dəniz Qüvvələri üçün təhlükə yaradırdı.
Bəyanatda bu müdaxilənin naviqasiya azadlığını qorumaq və beynəlxalq suları ABŞ Hərbi Dəniz Qüvvələri və ticarət gəmiləri üçün daha təhlükəsiz etmək üçün edildiyi qeyd vurğulanıb.