CENTCOM: Husilər USS Laboon döyüş gəmisinə qanadlı raketlər atıblar


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndə husilərin nəzarətində olan bölgədən atılan gəmi əleyhinə qanadlı raketi vurduğunu açıqlayıb.


CENTCOM-un X sosial media hesabında verilən açıqlamada bildirilir ki, raket Yəmənin Hudeydə şəhəri sahilləri yaxınlığında ABŞ döyüş təyyarələri tərəfindən vurulub.

Hadisə nəticəsində xəsarət alan və dağıntı olmadığı qeyd edilib.

İsrailin Qəzzaya hücumlarına cavab olaraq Yəməndə husilərin ticarət gəmilərinə qarşı son hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu