İrandan İsrailə 400 ballistik raket atılıb, 24 ölü var


İrandan İsrailə 400 raket atılıb – 24 ölü, 800 yaralı



İyunun 13-dən etibarən İrandan İsrail ərazisinə 400 ballistik raket atılıb.



AFN.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman özünün Telegram kanalında məlumat verib.



Onun sözlərinə görə, raket və pilotsuz uçan aparatların (PUA) hücumları nəticəsində 40-a yaxın yerə döyüş sursatı düşüb, 24 nəfər həlak olub, 804 nəfər isə yaralanıb.



“İsrailə qarşı əməliyyat başlayandan bəri 400-ə yaxın ballistik raket buraxılıb, yüzlərlə PUA havaya qaldırılıb”, – deyə Gendelman bildirib.



O, həmçinin mülki əhali arasında maddi zərərin miqyasından da bəhs edib. Ümumilikdə 18 766 zərər iddiası qeydə alınıb: bunların 15 861-i binalara, 1272-si nəqliyyat vasitələrinə, 1633-ü isə digər əmlaklara dəymiş ziyanla bağlıdır.



İsrail tərəfi 3800 nəfəri evlərindən təxliyə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu