İran İsrailə iri miqyaslı raket hücumuna hazırlaşır


ABŞ kəşfiyyat rəsmilərinin İranın İsrailə ballistik raket zərbəsi endirməyə hazırlaşdığını düşünməsi üçün hər cür əsas var.


AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

“Ağ Evin yüksək rütbəli rəsmisinin sözlərinə görə, İran yaxın vaxtlarda İsrailə ballistik raket zərbəsi endirməyə hazırlaşır. Birləşmiş Ştatlar İsraili İran üçün ciddi nəticələrə səbəb ola biləcək mümkün hücuma qarşı fəal şəkildə müdafiə etməyə hazırlaşır”, - deyə nəşrin məqaləsində bildirilir.

ABŞ İsrailin baş naziri Benyamin Netanyahu hökumətini Livanda İranla birbaşa qarşıdurmaya səbəb ola biləcək daha geniş əməliyyata qarşı xəbərdar edib.

İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Hacari bildirib ki, İsrail ordusu Livanın cənubunda mümkün qədər tez quru əməliyyatı keçirmək niyyətindədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu