KİV: İran İsraili vurmağa hazırlaşır


İran Fələstin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsi ilə bağlı yaxın günlərdə İsrailə cavab zərbələri endirmək üçün fəal hazırlıq tədbirləri həyata keçirir.


Bu açıqlama ilə Amerikanın “The Wall Street Journal” (WSJ) qəzeti anonim qalmaq istəyən amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Bildirilir ki, İran ötən həftənin əvvəlindən raket buraxılış qurğularını hərəkətə gətirir və hərbi təlimlər keçirir ki, bu da Tehranın yaxın günlərdə İsrailə cavab hücumuna hazırlaşdığını göstərə bilər.

Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə pisləşməsi son günlər Haniyənin Tehranda ölümündən və şiə Hizbullah hərəkatının hərbi qanadının komandirlərindən biri Fuad Şokrun Beyrutda ləğvindən sonra başlayıb. İran, HƏMAS və Hizbullah hadisəyə görə İsraili günahlandırıb və bunu cavabsız qoymayacaqlarını bildiriblər. Yəhudi dövlətinin səlahiyyətliləri Haniyənin ölümü ilə bağlı heç bir şərh vermir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu