Haniyə üçün ilk vida mərasimi Tehranda keçirilir


İranın paytaxtı Tehranda dünən həyata keçirilən sui-qəsddə Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyə öldürülüb. HƏMAS liderinin ilk vida mərasimi Tehranda keçirilir.



İran dövlət televiziyasının İnqilab Keşikçiləri Ordusunun bəyanatına əsaslanaraq verdiyi xəbərə görə, HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə Tehrandakı iqamətgahında həyata keçirilən sui-qəsd nəticəsində öldürülüb.

Hücum zamanı Haniyənin mühafizəçilərindən birinin də öldüyü bildirilib.

İsmayıl Haniyə üçün ilk vida mərasimi Tehranda keçirilir. Tehran Universitetində keçirilən mərasimdə Haniyənin cənazə namazını İranın dini lideri Əli Xamenei qılıb.

Mənbə: TRT Haber



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu