Hörmüz boğazında iki supertankerdə partlayış və yanğın baş verib



İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazından keçməyə çalışan iki supertanker ilə bağlı qəza baş verdiyini və hadisədən sonra gəmilərdə partlayışların qeydə alındığını açıqlayıb. 

AFN.az xəbər verir ki, qurumun məlumatına əsasən, hər iki tankerdə yanğın başlayıb.

İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Komandanlığının İctimaiyyətlə Əlaqələr Şöbəsi Hörmüz boğazında baş verən hadisə ilə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, ötən gecə 4 milyon bareldən çox neft daşıyan iki supertanker verilən xəbərdarlıqlara baxmayaraq, Hörmüz boğazından təhlükəsiz olmayan marşrutla keçməyə çalışarkən qəzaya uğrayıb. Hadisədən sonra tankerlərdə partlayışlar baş verib.

Hər iki tankerdə yanğın başladığı qeyd olunsa da, açıqlamada qəzanın səbəbi barədə məlumat verilməyib.

İran ABŞ-ın iyulun 8-də hücumlarını yenidən başlamasından sonra iyulun 12-də Hörmüz boğazını bir daha bağlamışdı. Tehran rəhbərliyi müəyyən etdiyi marşrutdan kənar hərəkət edən və icazəsiz keçid edən gəmiləri hədəfə alacağı barədə xəbərdarlıq etmişdi.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu