İran Hörmüz boğazında Toqo bayraqlı neft tankerini vurdu
İran İnqilab Keşikçiləri Ordusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından qanunsuz şəkildə keçməyə çalışan Toqo bayraqlı neft tankerinin vurulduğunu açıqlayıb.
AFN.az xəbər verir ki, İnqilab Keşikçiləri Ordusunun Hərbi Dəniz Qüvvələri tərəfindən verilən açıqlamada Toqo bayrağı daşıyan “Trend” adlı neft tankerinin dünən ABŞ ordusunun təhriki və aldatması ilə Hörmüz boğazından qanunsuz şəkildə keçməyə çalışarkən hədəfə alındığı bildirilib.
Gəminin vurularaq dayandırıldığı və gəmidə yanğın baş verdiyi bildirilib, boğazdan qanunsuz keçməyə çalışan hər hansı gəminin məhv ediləcəyi qeyd olunub.
İran ABŞ-İsrailin 28 fevralda həyata keçirdiyi hücumlardan sonra başlayan müharibədə Hörmüz boğazından keçidləri dayandırmış və icazəsiz keçmək istəyən gəmiləri hədəfə almağa başlamışdı.
17 iyunda İran-ABŞ arasında imzalanan anlaşma memorandumu sonrası boğazdan keçidlərə icazə verilmişdi. İran ABŞ ilə anlaşmanın tətbiqi ilə bağlı fikir ayrılıqları səbəbindən 8 iyulda yenidən alovlanan müharibədən sonra 12 iyulda boğazı yenidən bağlamışdı.

