SEPAH Hörmüzdə Toqo bayrağı altında üzən neft tankerini vurub


İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri “Trend” neft tankerinə zərbə endirib.

AFN.az İran mediasına istinadən xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı açıqlamada bildirilib. Açıqlamaya görə, tanker Hörmüz boğazından qanunsuz şəkildə keçməyə çalışıb. Nəticədə gəmiyə zərbə endirilib və yaranan yanğın səbəbindən tanker hərəkətini dayandırıb.

Qeyd edək ki, “Trend” tankeri boğaz sularında Toqo bayrağı altında üzür.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu