BƏƏ sahillərində Çinə məxsus neft tankerinə hücum edilib
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində Çinə məxsus, Marşall adaları bayrağı altında üzən gəmi hücuma məruz qalaraq zədələnib.
AFN.az-ın xəbərinə görə, "Reuters" dəniz təhlükəsizliyi mənbələrinə istinadən xəbər verir ki, hadisə mayın 4-də, BƏƏ-nin Mina Saqr limanı yaxınlığında baş verib.
Neft məhsulları və kimyəvi maddələr daşıyan "JV Innovation" gəmisindən göyərtədə hücum nəticəsində yanğın başladığı barədə məlumat daxil olub. Dağıntıların miqyası barədə hələlik dəqiq məlumat verilmir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibədən sonra bölgədə gərginlik pik həddə çatıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailə dəstək verən ölkələrin gəmiləri üçün Hörmüz boğazını bağladığını bəyan edib.

