RDM-in direktoru nazirə müşavir təyin edildi


Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub.

AFN.az xəbər verir ki, nazir Anar Əliyevin Əmrinə əsasən bu vəzifəyə Vəzirov Rəşid Şamil oğlu gətirilib.

Qeyd edək ki, 1979-cu il təvəllüdlü Rəşid Vəzirov Azərbaycan Tibb Universitetinin məzunudur, tibb üzrə fəlsəfə doktorudur.

2018-ci ilin noyabr ayından Respublika Diaqnostika Mərkəzinin icraçı direktoru vəzifəsində fəaliyyət göstərib. 2019-cu ildən 2021-ci ilə kimi sözügedən klinikanın baş direktoru olub. 2021-ci ilin sentyabrından sabiq səhiyyə naziri Oqtay Şirəliyev “Respublika Diaqnostika Mərkəzi” ASC-nin baş direktoru, Rəşid Vəzirov isə icraçı direktoru seçilib. O.Şirəliyevin vəfatından sonra ötən il oktyabrın 9-da səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilib və o, baş direktor seçilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu