KXDR "nüvə çəkindirmə" qüvvələrini gücləndirmək niyyətindədir


Şimali Koreya ABŞ və Cənubi Koreyanın hərbi fəallığına cavab olaraq nüvə çəkindirmə qüvvələrini sürətlə gücləndirmək siyasətini davam etdirəcək.

AFN.az xəbər verir ki, bu barədə Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin birinci müavini Kim Çon Sık bildirib. Onun açıqlamasını Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) yayıb.

Partiya rəsmisi ölkənin müdafiə siyasətinin mövcud və gələcək təhdidlərə qarşı nüvə çəkindirmə potensialının daha da sürətlə artırılmasına yönəldiyini və bu kursun dəyişməyəcəyini vurğulayıb.

Kim Çon Sık sentyabrın 29-dan oktyabrın 2-dək ABŞ və Cənubi Koreyanın keçirdiyi “Iron Mace” birgə hərbi təlimlərini tənqid edib. Onun sözlərinə görə, ABŞ-ın nüvə qüvvələri ilə Cənubi Koreyanın adi silahlarının birgə istifadəsinin məşq edildiyi manevrlər KXDR-ə qarşı nüvə silahından istifadə hazırlığı xarakteri daşıyıb.

O, həmçinin oktyabr ayında Cənubi Koreyada keçirilən “Hoguk” və “Freedom Flag”, Yaponiyada təşkil olunan “Keen Sword” təlimlərinə diqqət çəkib. Kim Çon Sık bildirib ki, Vaşinqton və müttəfiqləri regionda hərbi fəallığı artırır, bu prosesə kəşfiyyat bölmələri və ABŞ ərazisindən gətirilən aviasiya da cəlb olunur.

“Biz öz gücümüzə tam əminik və istənilən hərəkətə cavab verməyə qadirik”, - deyə o qeyd edib.

Partiya rəsmisinin sözlərinə görə, Pxenyan dövlət suverenliyinin qorunması və regionda sülhün təmin edilməsi vasitəsi kimi qiymətləndirdiyi nüvə qüvvələrini gücləndirməyə davam edəcək.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu