SatAnar Korporativ Satış Kursuna qeydiyyat başlayıb



Satış sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək istəyənlər üçün SatAnar Korporativ Satış Kursuna qeydiyyat elan edilib. 

AFN.az xəbər verir ki, təlim proqramı iştirakçılara korporativ satışın əsas mərhələlərini nəzəri və praktiki şəkildə öyrənmək imkanı yaradacaq.

Təlimlər satış üzrə mütəxəssis Anar Orucov tərəfindən keçiriləcək. Hazırda Geekbro GPS şirkətində biznesin inkişafı meneceri vəzifəsində çalışan Anar Orucov əvvəllər Figensoft, BiznesTV, Sandıq və İRİX şirkətlərində fəaliyyət göstərib. O, sosial şəbəkələrdə “SatAnar” adı ilə tanınır.

12 dərsdən ibarət kurs çərçivəsində iştirakçılar potensial müştərilərin müəyyənləşdirilməsi, ilk zəng və görüşlərin təşkili, müştəri ehtiyaclarının aşkar edilməsi və təqdimatı, etirazlarla işləmək, danışıqlar aparmaq, eləcə də follow-up və CRM üzrə biliklər əldə edəcəklər.

Təlim proqramında nəzəri dərslərlə yanaşı, real müştəri görüşləri əsasında praktiki məşğələlər də nəzərdə tutulub. İştirakçılar satış prosesini praktiki şəkildə öyrənəcək və əldə etdikləri bilikləri iş mühitində tətbiq etmək imkanı qazanacaqlar.

Kursu uğurla başa vuran iştirakçılara iş təklifi veriləcək. Ətraflı məlumat və qeydiyyat üçün +994 70 685 00 80 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu