Ankarada Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşü başladı
Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü başlayıb.
AFN.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi etdiyi sammit “Türk əsri: Dildə, fikirdə, işdə birlik” mövzusuna həsr olunub.
Zirvə görüşündən əvvəl liderlər ailə fotosu çəkdirmək üçün bir araya gəliblər.
Qonaq dövlət başçılarını Beştəpə Millət Sərgi Salonuna gəlişləri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.
Burada çəkilən ailə fotosunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, müşahidəçi ölkələrin liderləri – Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman, eləcə də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev iştirak ediblər.


