Türk Dövlətləri Təşkilatının 12-ci Zirvəsi başladı


Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları 12-ci Zirvəsi Qəbələdə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin ev sahibliyi etdiyi Zirvə Heydər Əliyev Mərkəzində keçirilir. Zirvə öncəsi liderlər ailə fotosu üçün bir araya gəlib.

Fotoşəkildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin yanısıra Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Caparov, Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev, Türkmənistan Milli Lideri və Xalq Məsləhətinin sədri Qurbanqulu Berdimuhəmmədov, Macarıstan Baş naziri Viktor Orban, Şimali Kipr Türk Respublikası Prezidenti Ersin TatarTDT Baş katibi Böyük Elçi Kubanıçbek Ömüraliyev də iştirak edib.

Fotoşəkil çəkilişindən sonra liderlər “Regional Sülh və Təhlükəsizlik” mövzusunda keçiriləcək zirvə zalına daxil olublar.

Zirvə çərçivəsində Qəbələ Bəyannaməsi, TDT+ formatının yaradılmasıTÜRKSOY-un gücləndirilməsi və inkişaf etdirilməsi ilə bağlı qərarlar imzalanacaq.

Liderlər Azərbaycan və Türkmənistanın birgə təşəbbüsü ilə Füzulidə tikiləcək məscidin təməlqoyma mərasiminə video konfrans vasitəsilə qatılıblar.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu