Şimali Koreya ABŞ və Cənubi Koreyaya xəbərdarlıq edib


Şimali Koreya ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimləri ilə bağlı xəbərdarlıq edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Pxenyan bu təlimlərə misligörünməmiş güclü cavab verəcəyini bildirib. "Hərbi təlimləri özümüzə qarşı müharibə hazırlığı və işğalın məşqi kimi qiymətləndiririk" - deyə Şimali Koreya mövqeyini açıqlayıb.

Bəyanatda bildirilir ki, ABŞ və Seul hərbi təlimlərdə irəli getsələr, onlar "misligörünməmiş əsaslı və güclü əks-reaksiya ilə üzləşəcəklər".

Cənubi Koreyanın Müdafiə Nazirliyindən isə bildirilib ki, növbəti həftə keçirilməsi planlaşdırılan birgə hərbi təlimlər zamanı Pxenyanın mümkün nüvə hücumu zamanı ABŞ-ın nüvə vasitələri ilə birgə planlama, birgə idarə və birgə cavab tədbirləri hazırlığı əksini tapacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu