Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi dəniz təlimi keçirib


Cənubi Koreya, ABŞ və Yaponiya Koreya yarımadasının cənubunda birgə hərbi dəniz təlimi keçirib.



Yonhap-ın məlumatına görə, Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada, ABŞ və Yaponiya ilə Ceju adasının yaxınlığında keçirilən ortaq dəniz təliminə USS Carl Vinson təyyarədaşıyan gəmisi də daxil olmaqla üç ölkəyə aid 9 döyüş gəmisinin cəlb edildiyi paylaşılıb.

İştirakçı ölkələrin Şimali Koreyanın nüvə, raket və dəniz təhdidlərinə qarşı çəkindirmə və cavab qabiliyyətini gücləndirməyi hədəflədiklərini bildirən bəyanata görə, təlim yanvarın 15-də başlayıb və bu gün başa çatıb.

Qeyd edək ki, Şimali Koreya yanvarın 15-də hipersəs döyüş başlığına malik bərk yanacaqla işləyən orta mənzilli ballistik raketin uçuş sınağını keçirdiyini açıqlayıb.

Digər tərəfdən, Şimali Koreya lideri Kim Jong-un, Cənubi Koreyanı "daimi əzəli düşmən" olaraq təyin etmək üçün konstitusiyanın yenidən yazılmasını tələb edib.

Kim Cənubi Koreya və ABŞ-ı hərbi təlimlər təşkil etməklə və strateji aktivləri yerləşdirməklə Koreya yarımadasını mümkün müharibə zonasına çevirməkdə ittiham edib və Cənubi Koreya ilə birləşməyə çalışmağın mümkün olmadığını vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu