Şimali Koreya Cənubi Koreyaya doğru çoxlu sayda qanadlı raket buraxdı


Cənubi Koreya və ABŞ-ın martın 14-də başlatdığı “Azadlıq Qalxanı” təlimi davam edir.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, təlimlərin davam etdiyi bu günlərdə Şimali Koreya cavab olaraq həyata keçirdiyi raket sınaqlarını davam etdirir. Cənubi Koreya ordusundan verilən açıqlamaya görə, Şimali Koreyanın şimal-şərqindəki Hamhung sahil qəsəbəsindən atılan çoxlu qanadlı raket təsbit edilib.

Raketlərin şərq sularına atıldığı, Cənubi Koreya və ABŞ kəşfiyyat rəsmilərinin təfərrüatları araşdırdığı qeyd edilib. O da açıqlanıb ki, Cənubi Koreya ordusu ABŞ-la birgə təlimlərin qalan hissəsini hazırlamağa və uğurla başa vurmağa davam edəcək.

Sözügedən raket sınaqları ABŞ və Cənubi Koreya ordularının keçən həftə 11 günlük genişmiqyaslı hərbi təlimlərə başlamasından bəri dördüncü raket sınağıdır. Şimali Koreya bu təlimləri özünün işğali üçün məşq hesab edir.

Hərbi təlimlər sabah başa çatsa da, ABŞ yaxın günlərdə Cənubi Koreya ilə yeni birgə təlim turu üçün təyyarədaşıyan gəmi göndərməyi planlaşdırır. Bu səbəbdən də Şimali Koreyanın "sınaqları"nı davam etdirəcəyi ehtimal edilir.

Şimali Koreya həmçinin martın 22-də nüvə əks-hücum təlimi keçirdiyini açıqlayıb. Bildirilib ki, bu təlim nüvə hücumuna nəzarət sisteminin idarə olunması, nüvə əks-hücum vəziyyətinə keçid və nüvə başlığı modeli ilə ballistik raketin buraxılması olan üç hissədən ibarətdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu