Avropa Komissiyası Ukraynaya 2027-ci ildə 45 milyard avro ayıracaq


Avropa Komissiyası Ukraynaya 2027-ci il üçün 45 milyard avro həcmində maliyyə ayrılmasını təsdiqləyib. Bu məbləğ Kiyevin tələb etdiyi 70 milyard avrodan 25 milyard avro azdır.

AFN.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı məlumatda bildirilib.

Qurumun açıqlamasına görə, Avropa Komissiyası Aİ Şurasının Ukrayna üçün kreditin 2027-ci ilə aid qalan 45 milyard avroluq hissəsinin təsdiqlənməsi ilə bağlı təklifini qəbul edib.

Ayrılacaq vəsaitin 13,3 milyard avrosu Aİ büdcəsindən maliyyələşdiriləcək, 31,7 milyard avro isə silah alışına yönəldiləcək.

Avropa Komissiyası paralel olaraq əlavə maliyyə mənbələrinin tapılması istiqamətində də çalışacağını bəyan edib. Lakin bu vəsaitin hansı mənbələr hesabına əldə ediləcəyi açıqlanmayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu