İsrailə son sutkada ABŞ-yə məxsus azı 10 hərbi təyyarə enib



ABŞ-nin İsraildəki seçkilərdən sonra Yaxın Şərqə və İsrailə hərbi hava körpüsü əməliyyatına başladığı iddia edilib.

AFN.az xəbər verir ki, İsrailin dövlət televiziyası KAN-ın məlumatına görə, son 24 saat ərzində İsrailin cənubundakı Ovda və Nevatim hava bazalarına ABŞ ordusuna məxsus azı 10 yük təyyarəsinin endiyi bildirilir.

Yazıda təyyarələrin bəzilərinin ABŞ ordusunun Texas ştatındakı hava hücumundan müdafiə mərkəzlərindən, o cümlədən Fort Bliss hərbi bazasından gəldiyi iddia olunub. Sözügedən daşımaların İsraildəki ehtiyatların yenilənməsinə və Patriot kimi əlavə hava hücumundan müdafiə sistemlərinin batareyalarının köçürülməsinə yönəlmiş ola biləcəyi qiymətləndirilib.

Yazıda, həmçinin ABŞ-nin hava körpüsü əməliyyatının son saatlarda İordaniya, Səudiyyə Ərəbistanı və Qətərdəki bazalara enən yük təyyarələrini də əhatə etdiyi irəli sürülüb.

“The Wall Street Journal” qəzetinin məlumatında isə ABŞ Prezidenti Donald Trampın İranla bağlı hücum variantları barədə Mərkəzi Komandanlığın rəhbəri Bred Kuper tərəfindən məlumatlandırıldığı iddia edilmişdi.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu