Hörmüz boğazında Oman sahilləri yaxınlığında gəmidə yanğın baş verib
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları (UKMTO) Hörmüz boğazında Oman sahilləri yaxınlığında hərəkət edən gəmidə yanğın baş verdiyini açıqlayıb.
AFN.az xəbər verir ki, UKMTO-nun yaydığı açıqlamada Omanının Xasab şəhərindən 25 dəniz mili şimal-şərqdə hərəkət edən gəmidə yanğın baş verdiyinə dair məlumat daxil olduğu, yanğının səbəbinin isə hələlik məlum olmadığı bildirilib.
Gəmi heyətinin vəziyyəti, dəymiş ziyanın həcmi və mümkün ekoloji təsirlərlə bağlı hazırda məlumatın olmadığı qeyd edilib.
Hadisə ilə bağlı araşdırma aparan səlahiyyətli qurumlar bölgədəki gəmilərə ehtiyatlı hərəkət etməyi və şübhəli fəaliyyətlə bağlı bütün məlumatları UKMTO-ya bildirməyi tövsiyə ediblər.
Hadisənin baş verdiyi gəminin adı və hansı ölkənin bayrağı altında üzdüyü barədə isə ətraflı məlumat verilməyib.
