İnsan fəaliyyəti növbəti buz dövrünün qarşısını alıb



Yeni araşdırma nəticəsində məlum olub ki, bəşəriyyətin fosil yanacaqlardan istifadəsi nəticəsində yaratdığı qlobal istiləşmə Yer kürəsində başlanması gözlənilən növbəti buz dövrünün qarşısını alıb. 

AFN.az xəbər verir ki, insan fəaliyyəti nəticəsində artan istixana qazı emissiyaları təbii iqlim prosesinin istiqamətini dəyişib.

Araşdırmada buz təbəqəsinin altında qalmış qədim bitki qalıqları və qayalardakı izlər öyrənilərək keçmiş iqlim dəyişiklikləri xəritələndirilib. Əldə olunan nəticələr göstərib ki, buz örtüyü təxminən 3 min il əvvəl ən kiçik ölçüsünə çatdıqdan sonra havanın soyuması nəticəsində eramızın 2-ci minilliyində yenidən böyüməyə başlayıb.

Mütəxəssislər bu yenidən böyümə prosesinin əslində yeni buz dövrünün başlanğıcı kimi qəbul edilməli olduğunu bildirirlər. Lakin 1960-cı illərdən etibarən insan fəaliyyəti nəticəsində artan istixana qazı emissiyaları və qlobal istiləşmə yay temperaturunu yüksəldərək bu prosesi qəfil əks istiqamətə dəyişib və buz örtüyünün yenidən kiçilməsinə səbəb olub.

Təbii dövrə əsasən, buz dövrünün insan həyatına təsir göstərməsi min illər çəkəcək olsa da, mütəxəssislər bu vəziyyətin planetin tarazlığının nə dərəcədə köklü şəkildə dəyişdirildiyini göstərdiyinə diqqət çəkirlər.

İnsan fəaliyyəti nəticəsində yaranan iqlim böhranının yalnız mövcud istiləşməyə səbəb olmadığı, həm də gələcəkdə baş verə biləcək bütün buz dövrlərini çox uzun müddətə aradan qaldırdığı bildirilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu