Qrenlandiyada buzlaqların altında gizli hərbi baza aşkar edilib
NASA Qrenlandiya buzlaqlarının altında gizli bir ABŞ hərbi bazasını aşkarlayıb. “Camp Century” adı ilə tanınan bu baza 1959-cu ildə inşa edilib və 1967-ci ildə tərk olunub.
Əvvəlcə alimlər radar axtarışları zamanı nəyin aşkar olunduğunu müəyyən edə bilməyiblər. Lakin nəhəng buz təbəqəsinin altında gizli bir quruluşun mövcudluğu sonradan təsdiqlənib.
Soyuq Müharibə dövründə nüvə bazası kimi layihələndirilmiş bu obyekt hazırda 30 metr qalınlığında buz təbəqəsinin altında qalıb.
Yeni nəsil radar texnologiyaları ilə aparılan araşdırmalar nəticəsində buzun altındakı bazanın struktur detallarını müəyyən etmək mümkün olub.
NASA bildirib ki, bu kəşf həm də Antarktida buz təbəqələrinin və gələcəkdə dəniz səviyyəsinin yüksəlməsi proseslərinin daha dərindən öyrənilməsinə töhfə verəcək.


