NASA alimləri Qrenlandiyada ABŞ-ın tərk edilmiş nüvə bazasını aşkar ediblər


NASA alimlərindən ibarət qrup radar sisteminin sınaq buraxılışı zamanı Qrenlandiyanın buz təbəqəsində ABŞ-ın Soyuq Müharibə dövründə tərk edilmiş nüvə bazasını aşkar edib.



Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin məlumatına görə, “Camp Century” bazası 2024-cü ilin yazında alimlər buzdan görmə qabiliyyətinə malik yeni radar qurğusunu sınaqdan keçirərkən aşkar edilib. Alimlər qar qatının altında çoxdan tərk edilmiş forpost olduğu müəyyən edilən tunellər və tikililər şəbəkəsinə rast gəliblər.

Baza 1959-cu ildə soyuq müharibənin qızğın çağında tikilib. Lakin ABŞ 1967-ci ildə buz təbəqəsinin raketlər atmaq üçün çox qeyri-sabit olduğunu müəyyən edərək layihədən imtina etmək qərarına gəlib.

WSJ-nin məlumatına görə, obyekt ən azı 600 orta mənzilli ballistik raketin yerləşdirilməsi üçün nəzərdə tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu