Şərqi Antarktidada 46 buzaltı göl aşkar edilib


Çinli tədqiqatçılar Şərqi Antarktidanın buz örtüyündə 46 yeni buzaltı göl aşkar etdiklərini bildirdilər.



Sinxua agentliyinin məlumatına görə, Çin Qütb Araşdırmaları İnstitutu, Çin Yer Elmləri Universiteti və Çin Cənub Elm və Texnologiya Universitetinin tədqiqatçıları Şərqi Antarktidadakı buz təbəqələrini tədqiq ediblər.

Tədqiqatçılar buz radarı məlumatlarında görünən buz bazası əksinin dalğa formalarını təhlil etmək üçün yeni bir üsuldan istifadə etdiklərini və Qamburtsev dağ silsiləsini hərtərəfli araşdırdıqlarını bildirdilər.

Araşdırma nəticəsində bölgədə 46 buzaltı göl aşkar etdiklərini qeyd edən tədqiqatçılar, bu araşdırmanın Antarktidada buz təbəqələrinin dinamikasını və həyatın mərhələlərini anlamaqda əhəmiyyətli olduğunu vurğulayıblar.

Tədqiqatçılar Antarktidanın altında təxminən 2400 metr qalınlığında buz təbəqəsi ilə örtülmüş müxtəlif buzaltı göllərin olduğuna diqqət çəkiblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu