Fransada dekorativ sualtı qayığını oğurlayıb 100 avroya satışa çıxardılar
Fransada dalğıc mağazasında dekorasiya məqsədilə istifadə olunan sarı rəngli sualtı qayığı oğurlandıqdan sonra internetdə 100 avroya satışa çıxarılıb.
AFN.az xəbər verir ki, polis nəqliyyat vasitəsini geri qaytarıb, iki nəfər isə saxlanılıb.
Fransanın En bölgəsində dalğıc mağazasından oğurlanan dekorativ sualtı qayığı ikinci əl əşyaların satıldığı platforma vasitəsilə satılmaq istəyərkən polis əməkdaşları tərəfindən aşkarlanıb.
Ferney-Volter qəsəbəsində oktyabr ayında oğurlanan sarı rəngli sualtı qayığın sahibi nəqliyyat vasitəsinin internetdə satışa çıxarıldığını görərək bu barədə səlahiyyətli orqanlara məlumat verib.
Məlumat əsasında hərəkətə keçən Bezancon polisi elandakı məlumatları izləyərək oğurlanmış sualtı qayığın yerini müəyyən edib.
Polis əməkdaşlarının oktyabrın 26-da keçirdiyi əməliyyat nəticəsində oğurlanmış sualtı qayıq geri qaytarılıb.
Hadisə ilə əlaqəsi olduğu müəyyən edilən 27 və 47 yaşlı iki nəfər saxlanılıb. Şübhəlilərin qeyri-adi oğurluq ittihamı ilə prokurorluğa göndərildiyi bildirilib.



